Türkiyə yığmasında böyük rəzalət: qrup halında sekslə məşğul oldular – FOTO
Türkiyə sosial şəbəkələrdə sürətlə yayılan seks rəzaləti ilə çalxalanır.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Taekvondo üzrə Türkiyə millisinin düşərgəsində yer alan komandanın üzvləri oteldə qrup halında sekslə məşğul olublar.
Bu prosesdə yığmanın 5 kişi və 1 gənc qadın taekvondoçusu iştirak edib. İdmançılardan bəziləri baş verənləri telefonun yaddaşına da köçürüblər. Lakin sonradan həmin fotoşəkillər sosial mediada paylaşılıb. Bunun kim tərəfindən yayıldığı açıqlanmasa da, taekvondoçuların üzləri aydın şəkildə görünür. Bu hadisə Türkiyə idman ictimaiyyətində şok effekti verib.
Qeyd edək ki, Türkiyə Taekvondo Federasiyası və idmançılar hələlik hadisə bağlı hansısa açıqlama verməyiblər.
Hələlik yaşananların təlim-təlim məşq toplanışı zamanı olub-olmadığı da açıqlanmır.
1news.az