Səməd Seyidov: AŞPA komitəsinin qərarı Azərbaycana qarşı növbəti ikili standartlı yanaşmadır | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: AŞPA komitəsinin qərarı Azərbaycana qarşı növbəti ikili standartlı yanaşmadır

17:02 - 16 / 05 / 2018
Səməd Seyidov: AŞPA komitəsinin qərarı Azərbaycana qarşı növbəti ikili standartlı yanaşmadır

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) komitəsi tərəfindən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir.

1news.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir: "Ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq. Dünən qəbul edilən qərar Azərbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".

O bildirib ki, Avropa Şurasının rəhbərliyinə yazdığı məktubda Azərbaycana qarşı belə bir davranışın heç bir əsası olmadığını, Azərbaycana qarşı qeyri-obyektiv mövqe olduğunu və Azərbaycan əleyhinə olan qüvvələrin dəyirmanına su tökmək olduğunu qeyd edib.

S.Seyidovun sözlərinə görə, bu davranışın kökü ondan irəli gəlir ki, bir neçə müddət əvvəl AŞ PA-da xüsusi istintaq qrupu yaradılıb: “Biz bu istintaq qrupunun yaradılması ilə bağlı öz fikrimizi ortaya qoymuşduq ki, AŞ PA-nın ali prinsiplərindən biri qanunun aliliyidir, məhkəmə olmadan, hüquqi prosedur olmadan kimisə ittiham etmək qəti qadağandır. Məhz buna görə də bizə qarşı belə münasibət yarandı. Bizim fikrimiz özünü doğrultdu, həmin qrupun hesabatının böyük əksəriyyəti Azərbaycana qarşı yönəldi”.

Millət vəkili bildirib ki, AŞ PA-nın daxilində də qurumun fəaliyyətinin şəffaf olmadığı deyilir: “Azərbaycanla bağlı qəbul olunmuş sənədlərin əksəriyyəti mənfi xarakterlidir, ancaq Ermənistanla bağlı sənədlər müsbətdir. Necə olur ki, Ermənistanda bu qədər hadisələr baş verir, mövcud rejim xalq tərəfindən tarixin zibilliyinə atılır, ancaq Ermənistanla bağlı müsbət rəy var? Britaniyalı deputat bildirmişdi ki, bu məruzəyə Azərbaycanın adını salmaq düzgün deyil, ona görə ki, başqa ölkələrdəki prosesi araşdırmırsınıza, Azərbaycanın adını bura salmaq qeyri-obyektivdir. Bununla belə, həmin deputatın təklifi qəbul olunmadı. AŞ PA-da Azərbaycana qarşı fəaliyyətdə olan bir neçə qrup, o cümlədən Ermənistan lobbisi Azərbaycana əleyhinə belə addımlar atırlar”.

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

1news.az  

 

 

Paylaş:
346

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər