Bakıda YAP-ın yeni inzibati binasının açılışı olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Bakıda YAP-ın yeni inzibati binasının açılışı olub - FOTO - YENİLƏNİB

12:26 - 18 / 05 / 2018
Bakıda YAP-ın yeni inzibati binasının açılışı olub - FOTO - YENİLƏNİB

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Qeyd edildi ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir avadanlıq quraşdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Partiyanın yeni binası indi paytaxtımızın müasir və memarlıq baxımından göz oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoydu.

Yeni Azərbaycan Partiyasının yeni binasında Heydər Əliyev muzeyi yaradılıb. Muzeydəki müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr var.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış oldu.

Məlumat verildi ki, ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binadakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də diqqətdə saxlanıb. Belə ki, binada Azərbaycanda informasiya-kommunikasiya və proqram təminatı sahəsində 15 ildən artıq fəaliyyət göstərən yerli “CASPEL” şirkəti tərəfindən müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulub, intellektual kamera-mühafizə sistemi təşkil edilib. Şirkət tərəfindən partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatı yazılıb və inzibati binanın bütün otaqları müasir kompüter, pereferiya avadanlığı ilə təchiz olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları vahid kommunikasiya məkanında birləşdirilib.

Qeyd edək ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasından artıq 26 il ötür. Partiya bu gün ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Partiya Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynayır, ümummilli lider Heydər Əliyevin ideya və arzularını yüksək səviyyədə həyata keçirilir. Son illərdə keçirilən prezident və parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi Azərbaycan cəmiyyətində yüksək etimad, hörmət və nüfuz qazanıb. Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox üzvü birləşdirir. Onların 38 faizini gənclər, 47 faizini isə qadınlar təşkil edir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qüvvəsi kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

1news.az

09:56

Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

1news.az

Paylaş:
3605

Son xəbərlər

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37
Bütün xəbərlər