Meteoroloqlardan xəbərdarlıq: bəzi rayonlarda leysan xarakterli yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: bəzi rayonlarda leysan xarakterli yağış yağacaq

12:54 - 18 / 05 / 2018
Meteoroloqlardan xəbərdarlıq: bəzi rayonlarda leysan xarakterli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 19-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 25-30,  Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mayın 19-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu 19-20 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-18, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, mayın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas  insanlar  üçün  əlverişlidir.  

Meteoroloqların xəbərdarlığına görə, mayın 20-si axşam, 21-də gün ərzində şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Babək Cahandarov

Paylaş:
456

Son xəbərlər

ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcəkBu gün, 14:28
Bütün xəbərlər