Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

20:39 - 22 / 05 / 2018
Xorvatiyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq hissi duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında son illər ərzində çox gözəl münasibətlər formalaşıb. Ölkələrimiz arasında mövcud olan bu dostluq və tərəfdaşlıq münasibətləri ikitərəfli və qlobal əhəmiyyətə malik dialoq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə əlavə təkan verəcək. Əminəm ki, bir çox sahələri əhatə edən əməkdaşlığımız xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri naminə bundan sonra da möhkəmlənməkdə davam edəcək.

Sizinlə bu ilin sentyabr ayında Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı görüşməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər dostluq münasibətlərimizin və Xorvatiya ilə Azərbaycan arasında mövcud olan hərtərəfli münasibətlərin qarşıdakı dövrdə daha da güclənməsinə əlavə stimul verəcək.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

1news.az

Paylaş:
550

Son xəbərlər

Bütün xəbərlər