Hadi Rəcəbli: Ailələrin dağılmasının səbəblərindən biri “Facebook”dur”

Azərbaycanda ailələrin dağılmasının səbəblərindən biri "Facebook", sms-lər və sairdir.
1news.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Bunu acınacaqlı hal adlandıran komitə sədri əlavə edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: “Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.
Ölkədə çoxuşaqlılığın azalmasına diqqət çəkən Rəcəbli vurğuıayıb ki, əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur.
1news.az
356