Prezident əfv sərəncamı imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident əfv sərəncamı imzalayıb

16:49 - 24 / 05 / 2018
Prezident əfv sərəncamı imzalayıb

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın müstəqilliyi tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq, ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında ümumbəşəri dəyərlər, qanunun aliliyi, ədalət və demokratiya ideallarına xüsusi önəm verdiyini xatırlayaraq, Heydər Əliyev siyasətinin mərhəmətlik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərinə inanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qərara alıram:

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

S.Xankişiyeva

 

Paylaş:
453

Son xəbərlər

Bütün xəbərlər