Rusiyada Müdafiə Nazirliyinin generalı həbs edildi | 1news.az | Xəbərlər
Dünya

Rusiyada Müdafiə Nazirliyinin generalı həbs edildi

17:46 - 24 / 05 / 2018
Rusiyada Müdafiə Nazirliyinin generalı həbs edildi

Rusiya Müdafiə Nazirliyinin general-mayoru Aleksandr Oqloblin orduda məxfi və xüsusi rabitə sisteminin modernləşdirilməsi dövlət proqramının reallaşdırılması zamanı külli miqdarda dələduzluq etməsi ittihamı ilə həbs edilib.

1news.az-ın Kommersant-a istinadla verdiyi xəbərə görə, həbslə bağlı qərarı 235-ci qarnizon hərbi məhkəməsi çıxarıb. Oqloblin qərardan Moskva Hərbi Məhkəməsinə şikayət edib. Ancaq Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

İstintaq materiallarına görə, 2013-cü ildə reallaşdırlan proqram zamanı 460 milyon rubl (7,5 milyon dollar) oğurlanıb.

S.Xankişiyeva

Paylaş:
498

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər