Aİ BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Aİ BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırırlar

12:47 - 24 / 05 / 2018
Aİ BMTİP Azərbaycanda peşə təhsilinin inkişafına dəstəyi artırırlar

Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ümumi dəyəri 3.4 milyon ABŞ dolları olan yeni bir layihəyə start verərək, Azərbaycanın əmək bazarının tələblərinə və milli inkişaf planlarına uyğun olaraq ölkənin peşə təhsili və insan kapitalını gücləndirmək üçün birgə səylərini birləşdirirlər.

1news.az-a Aİ-nin bakıdakı nümayəndəliyindən verilən məlumata görə, əsasən Azərbaycanın iki bölgəsi –Gəncə və Cəlilabadda texniki peşə təhsil və ixtisaslaşdırılmış peşə biliyi bazasının artırılmasını nəzərdə tutan “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihəyə 2017-ci ildə start verilib.

Layihə 2020-ci ilədək davam edəcək. Hər iki bölgədə layihə elmi tərəqqiyə əsaslanan güclü iqtisadiyyat üçün əsas özül rolunu oynayan yerli kadrların inkişaf etdirilməsinə xidmət edəcək. Layihə ölkənin işçi potensialının ən həssas kateqoriyaları, o cümlədən gənclər, qadınlar və əlilliyi olan şəxslərin əmək bazarının tələblərinə cavab verən bacarıq və resurslardan yararlanmalasını təmin edəcək. Bu məqsədlə BMTİP qeyri-neft sektorunda yeni peşə təhsili proqramlarının işlənib hazırlanması və həyata keçirilməsində milli qurumlara dəstək verəcəkdir. Keyfiyyətli təhsil konsepsiyası 2030-cu il üzrə İnkişaf Proqramının əsasını təşkil edir və daha çox Qlobal Məqsədlər kimi tanınan Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Xüsusilə bərabər və inkluziv təhsil imkanlarını hədəf tutan 4-cü Məqsəd: Keyfiyyətli Təhsil hamı üçün əlçatan peşə təhsili ilə əlaqədar bərabər imkanların yaradılması, bu prosesdən heç kimin kənarda qalmamasını nəzərdə tutur. Əmək bazarlarının getdikcə ixtisaslaşdığı bir dövrdə, hazırda yüksək keyfiyyətli peşə təhsilinə tələbat artmaqdadır. Məhz bu tələbatdan çıxış edərək, Azərbaycan hökuməti daha rəqabətli milli peşə təhsili sisteminin təşviq edilməsinə yönələn müxtəlif siyasət proqramları və strategiyaları həyata keçirir. Avropa İttifaqı və BMTİP tərəfindən həyata keçirilən Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi layihəsi

Hökumətin məhz bu səylərinə dəstək verərək, təhsilin keyfiyyətini və təhsil sahəsində bərabərliyi artırmağa yönəlmişdir. Layihə həmçinin milli peşə təhsili və təlim sisteminin Avropa standartları və ən qabaqcıl təcrübələrlə uyğunluğunu təmin etmək məqsədi daşıyır.

Layihənin bu komponenti Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək göstərəcək. Onu da qeyd edək ki, layihənin açılış mərasiminə həm də hal-hazırda Azərbaycanda rəsmi səfərdə olan Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqı Komissarlığının nümayəndə heyəti qatılmışdır. Açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Rəhbəri Səfir Kestutis Yankauskas peşə bacarıqlarının əhəmiyyətini vurğulamaqla, “peşə təhsili sektorunun müasir, şaxələnmiş iqtisadiyyat üçün ilkin şərt” olduğunu qeyd etmişdir. Onun sözlərinə görə, “Azərbaycan kimi əhalisinin 40%-nin 25 yaşdan aşağı olduğu bir ölkədə təhsil, o cümlədən peşə təhsili və təlimi uzunmüddətli iqtisadi dayanıqlığa yatırılan əsas sərmayədir”. Gəncə şəhərində aparılacaq layihə fəaliyyətlərinin nəticəsi olaraq, peşə təhsilinin beynəlxalq standartlara və spesifik sənaye tələblərinə cavab verməsini təmin etmək mümkün olacaq. Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin göstərdiyi xidmətlər həmçinin Gəncə şəhəri və ətraf rayonlarda peşə təhsilinin keyfiyyətini və ümumi rəqabət qabiliyyətini artırmağa kömək edəcəkdir. Peşə təhsilinin inkişafı sahəsində strateji perspektivlərdən danışan BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti vurğulamışdır ki,“ölkədə peşə təhsili və peşə hazırlığı müəssisələrinin müasirləşdirilməsinə göstərilən davamlı dəstək uzunmüddətli potensialın artırılmasına və peşə hazırlığının struktur inkişafına yönəlməlidir”.

1news.az  

 

Paylaş:
344

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər