Suriyada dörd Rusiya hərbçisi həlak olub | 1news.az | Xəbərlər
Dünya

Suriyada dörd Rusiya hərbçisi həlak olub

20:00 - 27 / 05 / 2018
Suriyada dörd Rusiya hərbçisi həlak olub

Suriyada dörd Rusiya hərbçisi həlak olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Suriyada terrorçuların hökumət qüvvələrinin artilleriya batareyasına hücumu zamanı 2 Rusiya hərbi müşaviri həlak olub, 5 hərbçi yaralanıb. Yaralılar Rusiya hərbi hospitalına gətirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumatda bildirilir ki, bir saata yaxın davam edən döyüş nəticəsində 43 terrorçu məhv edilib.

S.Xankişiyeva

Paylaş:
339

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər