Bulvarda uşaqlar üçün əyləncəli aksiya keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bulvarda uşaqlar üçün əyləncəli aksiya keçiriləcək

15:49 - 31 / 05 / 2018
Bulvarda uşaqlar üçün əyləncəli aksiya keçiriləcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

1news.az-ın Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə istinadən verdiyi xəbərə görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

1news.az

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər