Ermənistanla Aİ arasında imzalanmış müqavilə qüvvəyə minib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanla Aİ arasında imzalanmış müqavilə qüvvəyə minib

15:54 - 01 / 06 / 2018
Ermənistanla Aİ arasında imzalanmış müqavilə qüvvəyə minib

Avropa Komissiyası  Ermənistanla  imzalanmış müqavilənin qüvvəyə minməsini elan edib.

1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Avropa İttifaqı ilə Ermənistan arasında ötən il noyabrın 24-də imzalanmış müqavilə bu gündən başlayaraq müvəqqəti əsaslarla tətbiq olunmağa başlayıb.

Saziş siyasi dialoq, iqtisadi, təhlükəsizlik və digər sektoral məsələləri, investisiya mühitinin yaxşılaşdırılması, iş yerlərinin açılması və s. əhatə edir.

Müqavilə artıq Ermənistan tərəfindən ratifikasiya edilib və Aİ ölkələri tərəfindən ratifikasiya mərhələsindədir. Müqavilə Aİ üzv dövlətləri  tərəfindən ratifikasiya prosesi başa çatdıqdan sonra tam qüvvəyə minəcək.

P.Sultanova


Paylaş:
509

Son xəbərlər

Bütün xəbərlər