İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO – VİDEO

19:50 - 02 / 06 / 2018
İşğal olunmuş Xankəndidə etirazlar başlayıb – FOTO – VİDEO

İşğal olunmuş Xankəndinin mərkəzində sakinlər fəaliyyətdə olan güc strukturlarına qarşı etiraz aksiyalarına başlayıb.

1news.az-ın Sputnik Ermənistan-a istinadla verdiyi xəbərə görə, bu barədə fəallardan biri Tiqran Qriqoryan “Facebook” səhifəsində yazıb.

Etirazçılar şəhərin küçələrindən birini bağlayıblar. Onlar bütün güc strukturlarının istefasını tələb edirlər. Etirazlar dünəndən başlayıb. Belə ki, yerli Milli Təhlükəsizlik Xidmətinin (MTX) üzvləri iki vətəndaşı döyüb.

Qriqoryan qeyd edir ki, bu cür özbaşnalıqlar dəfələrlə təkrarlanıb.

Yaxın günlərdə də şəhərdə MTX əməkdaşları ilə sakinlər arasıda dava olub, nəticədə 15 vətəndaş saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
843

Son xəbərlər

Bütün xəbərlər