1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb | 1news.az | Xəbərlər
Dünya

1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb

13:42 - 03 / 06 / 2018
1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb

1963-cü il istehsalı olan “Ferrari” markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, avtomobili maşın salonları üçün ayaqaltlıqları hazırlayan “WeatherTech” şirkətinin təsisçisi Devid Maknil alıb.

Bildirilir ki, avtomobil satışı üzrə əvvəlki rekord da 1963-cü il istehsalı olan “Ferrari”yə məxsusdur. O, 2013-cü ildə 52 milyon dollara satılıb.

S.Xankişiyeva

Paylaş:
543

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər