Goranboyda qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinləri üçün yeni bina tikiləcək | 1news.az | Xəbərlər
Rəsmi

Goranboyda qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinləri üçün yeni bina tikiləcək

17:28 - 05 / 06 / 2018
Goranboyda qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinləri üçün yeni bina tikiləcək

Prezident İlham Əliyev iyunun 5-də “Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

1news.az

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər