Xanım baş nazir doğuşa qədər məzuniyyətə getməyəcək | 1news.az | Xəbərlər
Dünya

Xanım baş nazir doğuşa qədər məzuniyyətə getməyəcək

11:15 - 06 / 06 / 2018
Xanım baş nazir doğuşa qədər məzuniyyətə getməyəcək

Yeni Zelandiyanın hamilə xanım Baş naziri Casinda Ardern övladının  dünyaya gəlişinə qədər analıq məzuniyyətinə getməyi planlaşdırmır.

1news.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Onun körpəsinin iyunun 17-də doğulacağı gözlənilir. Ardern doğuşdan sonra bir ay yarımlıq məzuniyyətə getməyi planlaşdırır. Həmin müddətdə isə onun səlahiyyətlərini baş nazirin müavini Uinston Peters icra edəcək.

Ardern Yeni Zelandiyanın Baş naziri vəzifəsinə seçilməsindən iki həftə sonra, ötən ilin 13 oktyabr  tarixində hamiləliyini öyrənib. Bu, 38 yaşlı siyasətçinin ilk uşağı olacaq.

O, dünyada hökumət başçısı postunda kimi uşaq sahibi olacaq ikinci qadındır.  Birinci qadın isə Pakistanın keçmiş Baş naziri mərhum Bənəzir Bhutto olub. Belə ki, o, 1990-cı ildə Pakistan hökumətinə rəhbərlik edərkən Bhuttonun qızı dünyaya gəlib.

Qeyd edək ki, Adern rəsmi nikahda olmayıb, onun uşağının  atası Yeni Zelandiyada balıqçılıq proqramının məşhur aparıcısı Klark Qeyforddur.

1news.az

 

Paylaş:
404

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər