Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyində

AŞPA-nın iyunun 25-29-da Strasburqda keçiriləcək yay sessiyasının gündəliyi açıqlanıb.
1news.az xəbər verir ki, sessiyanın ilk günü Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş AŞPA müşahidə missiyasının rəhbəri Riçard Badea hesabat təqdim edəcək.
Sessya günlərində AŞPA-nın yeni prezidenti seçiləcək, Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı nəzərdə tutulub.
Suriya ilə qonşu ölkələrdə qaçqınlara dair humanitar vəziyyət də müzakirə ediləcək.
1news.az
326