Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ Ermənistandan ayrılır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ Ermənistandan ayrılır

10:12 - 07 / 06 / 2018
Mübariz Əhmədoğlu: Dağlıq Qarabağ Ermənistandan ayrılır

Sovet dönəmində Dağlıq Qarabağda narazılıqlar var idi. Bunlar belə demək mümkünsə xırda məişət narazılıqları idi. Amma Yerevandan Dağlıq Qarabağa kimsə gələn kimi bu narazılıqlar milli xarakter alırdı.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı vəziyyətlə bağlı açıqlamanı şərh edərkən bildirib:

“80-cı illərin ikinci yarısından İqor Muradyan Dağlıq Qarabağda Yerevanın separatçılıq ideyalarını sistemləşdirdi. Bununla da Dağlıq Qarabağda separatçılıq ideyalarında fasiləsizlik yarandı. Nəticədə, Dağlıq Qarabağ erməniləri qapı bir qonşuları olan, vaxtı ilə onlara qucaq açmış, onları hərtərəfli himayə etmiş azərbaycanlılara kəc baxmağa başladılar.

Dağlıq Qarabağda Ermənistanın yaydığı separatçılıq Dağlıq Qarabağı de-fakto Azərbaycandan uzaqlaşdırdı. İ.Muradyanın  siyasi taleyi bəllidir. Azərbaycanda və Ermənistanda 5-3 nəfərdən başqa onu heç kim tanımır. ABŞ-dan göndərdiyi yazıları da Ermənistanın az tirajlı saytlarından başqa heç bir sayt yerləşdirmir. Onun vasitəsilə dünya erməniliyinin Dağlıq Qarabağda yaydığı separatizm indi bumeranq kimi Ermənistan respublikasına qayıdır”.

Politoloqun fikrincə, Dağlıq Qarabağ erməniləri Ermənistandan əsaslı surətdə narazıdırlar:

“Dağlıq Qarabağda hərbi-polis rejimidir. Serj Sərkisyan Bako Saakyanın vasitəsilə bu hərbi polis rejimini xeyli təkmilləşdirdi. N.Paşinyan Dağlıq Qarabağa ilk gəlişində həm Dağlıq Qarabağa, həm də ayrıca B.Saakyana dəstək mesajı verdi. Dağlıq Qarabağ ermənilərinin azad yaşamaq problemi daha da kəskinləşdi.

Dağlıq Qarabağ ermənilərinin fikrincə, Dağlıq Qarabağ Ermənistandakılar üçün pul toplamaq vasitəsidir. Dağlıq Qarabağa yardım adı ilə pullar toplanır. Bu pulun cüzi qismi Dağlıq Qarabağa gəlib çatır. Qalan hamısı Ermənistandakı ermənilərin şəxsi hesablarında toplaşır”.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağa olunan yardımların digər fəsadı da az təhlükəli deyil:

“Bu vəsait hesabına tikilən evlər kreditlə yerli ermənilərə verilir. Nəticədə, ermənilər krediti ödəyə bilmədikləri üçün bankların girovuna çevrilib.Ermənistan Azərbaycanı əyə bilmədi. Dağlıq Qarabağ erməniləri indi özlərini fiziki cəhətdən təhlükəsiz hesab etmirlər. Ermənistan güc vasitəsilə onların fiziki təhlükəsizliyini təmin edə bilmir, Azərbaycan Respublikası ilə də dialoq aparmaq bacarığında deyil. Ermənistan rəhbərliyi dünyanın iri dövlətlərinin qarşısında əski parçasına çevrilib.

Konkret olaraq son hadisələrin səbəbinə gəldikdə isə əhalinin narazılığını neytrallaşdırmaq üçün Dağlıq Qarabağda xüsusi xidmət orqanları aktivləşib. Ermənistandan da bir dəstə onlara kömək göndərilib. Dağlıq Qarabağdakı xüsusi xidmət orqanları əhalinin sosial şəbəkələrdəki davranışına ciddi nəzarət etmək istəyirlər. Evlərə soxulan vaxtları da olub. Ona görə əhali narazıdır. Dağlıq Qarabağ erməniləri Ermənistandan ayrılacaqlar. 1923-cü ildə olduğu kimi yenidən Azərbaycanın tərkibində qalmağı seçəcəklər. Ermənistanda çox gözəl bilirlər ki, hətta 1988-93-cü illərdə Azərbaycanla xoş münasibətin tərəfdarı olan Dağlıq Qarabağ erməniləri var idi. İndinin özündə də Dağlıq Qarabağı de-fakto Azərbaycanın tərkibinə qayıtmasını arzulayanlar var.

Bir şey dəqiq aydındır: Dağlıq Qarabağ erməniləri Ermənistandan aralandılar. Ola bilər Azərbaycana çatanadək hansısa dayanacaqda dayansınlar. Çalışacağıq buna imkan verməyək”.

S.Xankişiyeva

 

 

 

Paylaş:
358

Son xəbərlər

ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildiribBu gün, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblarBu gün, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilibBu gün, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26
Bütün xəbərlər