Melanya pornoaktrisa qalmaqalında Trampa inanır | 1news.az | Xəbərlər
Dünya

Melanya pornoaktrisa qalmaqalında Trampa inanır

10:55 - 07 / 06 / 2018
Melanya pornoaktrisa qalmaqalında Trampa inanır

ABŞ-ın birinci xanımı  Melaniya Tramp Donald Trampla əlaqəsinin olduğunu iddia edən pornoaktrisa Stephanie Clifforda deyil, öz həyat yoldaşına inanır.

1news.az xəbər verir ki, bu barədə  Hill nəşri Nyu-Yorkun keçmiş meri Rudolf Culianiyə istinadən yazıb.

“Melanya ərinə inanır və bunun doğru olmadığını düşünür ", - deyə Culiani bildirib.

"Mən qadınlara hörmət edirəm- gözəl qadınlar və dəyərləri olan qadınlara, amma cinsi istismar üçün bədənini satan qadınlara hörmət etmirəm. Bədənini pula görə satan yaxşı ad qazana bilməz".

Qeyd edək ki, daha əvvəl media yazıb ki, pornoaktrisa ilə Trampın əlaqəsi 2006-cı ildə, Melaniya ilə  evlənəndən bir il sonra başlayıb. Pornoakstrisa əvvəlcə Trampla əlaqəli məlumatları təkzib edib, lakin daha sonra Clifford Los-Ancelesdəki Ali Məhkəmədə iddia qaldırıb. Bildirib ki, Tramp ilə əlaqəsi haqqında məlumatın açıqlanmamasına dair razılaşma etibarsızdır. O, 2006-2007-ci illərdə Trampla əlaqəsi olduğunu vurğulayıb.

“The Wall Street Journal” iddia edib ki, Trampın vəkili Maykl Koen prezidentlə əlaqəsini açıqlamamaq üçün Clifforda 130 min dollar ödəyib.

1news.az

Paylaş:
424

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər