Bu ölkədə porno saytlara giriş yasaqlana bilər | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə porno saytlara giriş yasaqlana bilər

12:52 - 07 / 06 / 2018
Bu ölkədə porno saytlara giriş yasaqlana bilər

Polşada mühafizəkarlar partiyası pornoqrafik saytlara girişin qadağan edilməsini təklif edir.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, buna səbəb kimi porno videoların vətəndaşların psixikasına mənfi təsir etməsi göstərilir.

Qanunun qəbul edilməsini təklif edən millət vəkilləri bildirib ki, porno saytlara giriş çox asandır və bu da bir müddət sonra asılılıq yaradır.

"Pornoqrafiya sağlamlığa təhlükədir, çünki bu pornoqrafik asılılıq pandemiyasına gətirib çıxarır", - millət vəkili Piotr Uscinski söyləyib.

Qeyd edək ki, statistikaya görə, hazırda Polşa vətəndaşlarının 50 faizi gündəlik olaraq porno saytlara daxil olurlar.

1news.az

Paylaş:
1948

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər