Almaniyada BMW-nin zavodunda yanğın olub | 1news.az | Xəbərlər
Dünya

Almaniyada BMW-nin zavodunda yanğın olub

17:44 - 10 / 06 / 2018
Almaniyada BMW-nin zavodunda yanğın olub

Almaniyanın Bavariya federal torpağının Landsxut şəhərində BMW avtokonserninə məxsus zavodda bazar günü yanğın baş verib.

1news.az TASS-a istinadla xəbər verir ki, zavodun müəssisələrindən birində maqnezium tərkibli məhsullar yanıb.

Hazırda yanğın baş vermiş ərazidə havanı qatı tüstü bürüyüb. Yerli icra orqanları insanları qapı və pəncərələrini bağlamağa çağırıb.

Yanğın səbəbindən dəmir yolunun Vert-an-der-İzar və Landsxut yaşayış məntəqələri arasından keçən hissəsində qatarların hərəkəti dayandırılıb.

S.Xankişiyeva

 

Paylaş:
459

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər