Nəhəng piton qadını udub | 1news.az | Xəbərlər
Dünya

Nəhəng piton qadını udub

18:00 - 16 / 06 / 2018
Nəhəng piton qadını udub

İndoneziyada itkin düşən qadının piton tərəfindən udulduğu məlum olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli polis məlumat yayıb.

Hadisə Sulavesi adasında qeydə alınb. Belə ki, yaxınları 54 yaşlı Va Tibanın itkin düşməsi ilə bağlı polisə məlumat veriblər.

Qadının axtarışlarına kənd sakinləri də cəlb olunub. Qadının ayaq izləri ilə gedən şəxslər qarnı şiş vəziyyətdə olan 8 metrlik pitona rast gəliblər.

İlanı öldürən kənd sakinləri onun qarnından Va Tibanın cansız cəsədini çıxarıblar.

S.Xankişiyeva

 

 

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər