Ukrayna Rusiyaya qarşı plan hazırlayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Rusiyaya qarşı plan hazırlayıb

12:41 - 16 / 06 / 2018
Ukrayna Rusiyaya qarşı plan hazırlayıb

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib ki, ölkəsi Rusiyada keçirilən futbol üzrə dünya çempionatını pozmalıdır.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Ukrayna xəbərləri” agentliyi yazır.

“Rusiyaya gedən hər bir azarkeşin Oleq Sensov, Vladimir Balux, Aleksandr Kolçenkonun şəkillərini, eləcə də işğal olunmuş Krımdakı məhbusları görməsi üçün aksiya təşkil etməyi planlaşdırırıq. Onlar görməlidir ki, futbol bayramına deyil, beynəlxalq qaydaları pozan, siyasi məhbuslar olan ölkəyə gedirlər”, – deyə nazir bildirib.

Klimkin sözlərinə əlavə edib ki, biz onların futbol bayramını pozmalıyıq.

S.Xankişiyeva

 

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər