Manvel Qriqoryan həbs edilib
Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryan barəsində məhkəmə iki ay həbs qətimkan tədbiri seçib.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə onun vəkili Qurqen Qriqoryan bildirib.
Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının böyük həcmdə əmlakını mənimsəməkdə təqsirli hesab edilib.
Xatırladaq ki, Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib. Sabiq müdafiə nazirinin müavini bir neçə gün əvvəl bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda o, 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.
P.Sultanova
1183