Respublikaçı Arakel Movsisyan saxlanılıb | 1news.az | Xəbərlər
Ermənistan

Respublikaçı Arakel Movsisyan saxlanılıb

09:37 - 22 / 06 / 2018
Respublikaçı Arakel Movsisyan saxlanılıb

Ermənistanın Respublika partiyasının üzvü, sabiq millət vəkili Arakel Movsisyan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onun Ayqek kəndindəki evində aparılan və iki saat davam edən axtarışından sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən MTX-yə aparılıb.

Hüquq-mühafizə orqanları sabiq deputatın evində silah və döyüş sursatı axtarıblar. Kəndin başçısı Varujan Abraamyan deyib ki, Movsisyanın necə aparıldığını görüb.

P.Sultanova

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər