Putin və Tramp Vyanada görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Putin və Tramp Vyanada görüşəcək

17:09 - 24 / 06 / 2018
Putin və Tramp Vyanada görüşəcək

Avstriya hökuməti iyulun 15-də Vyanada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlaşır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə bazar günü Avstriyanın “Kronen Zeitung” nəşri yazıb.

Qəzetin yazdığına görə, bir neçə gün əvvəl Moskva və Vaşinqtonun nümayəndələri qarşıda duran Rusiya-ABŞ sammiti ilə bağlı məsələləri ətraflı nəzərdən keçirmək üçün Vyanaya gəliblər. Bundan əlavə, qabaqcıl təhlükəsizlik xidmətləri qrupları Avstriyaya gələrək vəziyyəti öyrənməyə başlayıblar. Şübhəsiz ki, sammitin yekun tarixi gələn həftənin ortalarında müəyyən ediləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində bildirib ki, Kreml Rusiya-ABŞ sammiti ilə bağlı hələ ki, məlumat verməyə hazır deyil.

Detallar barədə mövcud vəziyyətə uyğun olaraq məlumat veriləcək.

S.Xankişiyeva

 

Paylaş:
374

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər