İranlı qadın çadrasını atıb, göbəyini açdı
Sosial şəbəkə istifadəçiləri Rusiya keçirilən futbol çempionatına gələn iranlı azarkeşi müzakirə edir.
Boynundan asıldığı pasportda xanım azarkeş hicabda olduğu halda, şəkildə hicabsız və göbəyi açıq formadadır.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Sports.ru yazır.
Qızın şəxsiyyəti və fotonun müəllifi hələlik məlum deyil.
Daha əvvəl qeyd edilib ki, İran 1979-cu ildən bu yana ilk dəfə olaraq qadınların kişilərlə bərabər futbol oyunlarını izləməsinə icazə verib.
S.Xankişiyeva
1165