Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı | 1news.az | Xəbərlər
Ermənistan

Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı

11:09 - 24 / 06 / 2018
Azərbaycanın hərbi helikopterləri erməniləri təşvişə saldı

Ermənistan Azərbaycan ordusunun Amerika istehsalı olan yeni Bell-412 hərbi helikopterlərindən təşvişə düşüb.

1news.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təşviş dolu məktubla ölkə parlamentinin vitse-spikeri Arpin Hovanisyan ABŞ konqresinin Ermənistan-Amerika Dostluq Qrupunun üzvü Tulsi Harbarda müraciət edib.

O, Azərbaycanda hərbi parad zamanı sözügedən helikopterlərin nümayiş etdiriləcəyi barədə xəbərlərdən narahat olduğunu dilə gətirib:

“Bu məlumatlar bir çox problem və narahatlıqlar yaratmaqdadır. Narahatlığım xüsusilə Azərbaycanın bu helikopterləri haradan aldığı, bunların Azərbaycanın öhdəsinə necə verildiyinə dairdir”.

Hovanisyan qrup rəhbərlərinin bu durumu izləmələrini və məsələ ilə bağlı məlumat vermələrini xahiş edib.

S.Xankişiyeva

 

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər