Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir | 1news.az | Xəbərlər
Dünya

Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir

11:48 - 24 / 06 / 2018
Rusiya Dövlət Dumasının sədri Azərbaycana gəlir

Bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

İki gün nəzərdə tutulan səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclis sədri Oqtay Əsədovla görüş keçiriləcək. Görüşlərdə iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi, iqtisadi-ticari əməkdaşlıq sahəsindəki məsələlərin həlli, qanunvericiliklərin uyğunlaşdırılması müzakirə olunacaq. Eyni zamanda ikitərəfli parlamentlərarası əlaqələrin inkişafı və beynəlxalq təşkilatlarda birgə fəaliyyət məsələsi diqqət mərkəzində olacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
474

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər