“Hər zaman, hər yerdə birlikdəyik”: türk mediası Bakıdakı paraddan yazıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

“Hər zaman, hər yerdə birlikdəyik”: türk mediası Bakıdakı paraddan yazıb – FOTO – VİDEO

14:59 - 27 / 06 / 2018
“Hər zaman, hər yerdə birlikdəyik”: türk mediası Bakıdakı paraddan yazıb – FOTO – VİDEO

Türkiyənin aparıcı kanallarının baş səhifələrində Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirlmiş paradla bağlı xəbərlər yer alıb.

Türk agentlikləri, qəzet və telekanallarında yerləşdirilən video və foto reportajlarda “Azərbaycan Silahlı Qüvvələri 100 illiyini Bakının mərkəzində yerləşən “Azadlıq” meydanında təntənəli parad keçirdi” başlıqlar yer alıb.

Anadolu, TRT kanalı kimi dövlət kanalları, eləcə də Sabah, Haberler, Karar, Akşam, Yenisafak və digər nəşrlər paraddan geniş reportaj hazırladılar.

Müəllif yazılarında və reportajlarda qeyd edilir ki, “qardaş Azərbaycan mayın 28-də Demokratik Respublikasının 100 illiyini qeyd edərək, indi də Ordunun yaranma gününü qeyd edir. Biz hər zaman birlikdəyik”.

Azərbaycana Türkiyənin Baş Qərargah rəisi Hulusu Akarla gələn Türkiyənin müdafiə naziri Nurettin Canıklı “Twitter” hesabında yazıb:

“Azerbaycan Ordusunun 100. Kuruluş Yıl Dönümü kutlamaları için dost ve kardeş ülke Azerbaycan'ın başkenti Bakü'deyiz. Azadlık Meydanı'nda kara, hava ve deniz kuvvetlerinin katılımı ile gerçekleştirilen askeri geçit törenine iştirak ettik”.

Nazirin bu yazısına Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan “Davam!” tviti ilə cavab verib.

Və əlbəttə ki, Bakıda keçirilən parada qardaş ölkədən Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupu şousu türk mətbuatında geniş işıqlandırılıb.

Avia-şouda “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələr nümayiş etdirilib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1821

Sizin üçün xəbərlər

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər