İki xanım deputatımız AŞPA qrupunun vitse-prezidenti seçiliblər

Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin üzvləri, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva qurumun Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.
1news.az xəbər verir ki, bu barədə Q.Paşayeva məlumat verib.
Onun sözlərinə görə, Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib. Azərbaycanlı deputatların namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.
Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər. Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.
1news.az
518