Toyun səhəri günü bəy gəlini boşamaq istədi: Arvadımın saqqalı var | 1news.az | Xəbərlər
Dünya

Toyun səhəri günü bəy gəlini boşamaq istədi: Arvadımın saqqalı var

16:51 - 27 / 06 / 2018
Toyun səhəri günü bəy gəlini boşamaq istədi: Arvadımın saqqalı var

Hindistanda toyun səhərisi gün bəy boşanmaq üçün məhkəməyə müraciət edib.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bəyin iddiasına əsasən arvadının saqqalı var və kişi səsi ilə danışır.

Rupeş adlı şəxs bildirib ki, toya qədər və toy ərzində arvadının üzünü görməyib. Gəlinin qohumları buna icazə verməyiblər.

“Mən birinci dəfə Rupunu görəndə makiyajda idi. Onunla bir həftə vaxt keçirib işə yollandım. Amma qayıdanda gördüm ki, onun saqqalı var və səsi kişi səsinə oxşayır”, - deyə Rupeş hakimə bildirib.

O, bu barədə arvadının qohumlarına xəbər verib. Qohumlar isə bildiriblər ki, Rupeşin başqa yolu yoxdur, qadınla birlikdə yaşamalıdır. Nəticədə məsələ polisə qədər gedib çatıb.

Qızın vəkilləri isə bu iddiaları yalanlayıblar. Rupeş ailəsi eyni zamanda psixoloji və fiziki təzyiqdə ittiham edilir.

Hər iki tərəfi dinləyən hakim boşanma ərizəsini ləğv edib.

S.Xankişiyeva

 

Paylaş:
2466

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər