ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək

12:15 - 27 / 06 / 2018
ATƏT Azərbaycan - Ermənistan sərhədində monitorinq keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Babək Cahandarov

Paylaş:
209

Son xəbərlər

Bütün xəbərlər