Qriqoryanın qurbanlarından biri: Onlar qardaşımın bədən hissələrini göndərəcəkləri ilə hədələdilər - FOTO | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanın qurbanlarından biri: Onlar qardaşımın bədən hissələrini göndərəcəkləri ilə hədələdilər - FOTO

10:09 - 28 / 06 / 2018
Qriqoryanın qurbanlarından biri: Onlar qardaşımın bədən hissələrini göndərəcəkləri ilə hədələdilər - FOTO

Manvel Qriqoryanın həbsindən sonra insanlar müxtəlif illərdə onun törətdiyi cinayətlərdən danışmağa başlayıb.

Bunlardan biri də Maya Mnonyanın ailəsinin başına gəlir. 90-cı illərdə Mayanın qardaşını Qriqoryan oğurlatdırır. Buna görə də ailə təhdidlər qarşısında ABŞ-a qaçmalı olur. Bununla bağlı Maya Facebook səhifəsində acı həqiqətləri yazır:

“20 illik sükutu pozaraq bu gün ailəmin Ermənistandan nə üçün qaçdığı haqqında danışacağam. Yaxın günlərdə ictimaiyyəti sarsıdan və Manvel Qriqoryanın adının ətrafında yaranan qalmaqal onun necə əclaf insan olduğunu ortaya qoyur.

Ermənistanda hazırki vəziyyətin dəyişdiyini düşünərək, ümid edirəm ki, illər sonra ata ocağımı dağıdan Qriqoryan və onun ətrafındakılar lazımi cəzaların alacaqlar. 1997-ci ildə, qardaşım Edqar Mnonyanın 20-21 yaşı olanda o, Maliyyə Nazirliyinə işə düzəlmişdi. Və dərhal sonra onu oğurlayırlar.

Qeyd edim ki, hərbi xidmətə çağırışdan bir müddət sonra qardaşım Armavir vilayətinin Arşaluys kəndində Qriqoryanın villasında mühafizəçi kimi göndərilir.

Həmin zamanlar ailəmiz kifayət qədər təminatlı idi. Atam Stepan Mnonyan hər bir valideyn kimi oğluna baş çəkirdi. Atamın tez-tez baş çəkməsi, qardaşıma ərzaqlar aparması və maşını Qriqoryanın gözündən yayınmır. Və qardaşım hərbi xidməti başa vurduqdan sonra ailəmizin qara günləri başlayır.

Qardaşımın oğurlanmasını bizə Smbatyan adlı birisi zəng edərək xəbər verir. O, bizdən qardaşımın qarşılığında 10 000 dollar tələb edir. Guya qardaşım generalın villasında dəyərli əşya oğurlayıb və biz pulu ödədiyimiz halda o, azad olunacaq.

Biz qeyd etdik ki, əgər qardaşım oğurluq törədibsə, onu hüquq-mühafizə orqanlarına təslim edin, lazımi cəzasını alsın. Cavabında isə onlar bizə: qanun bizik və biz bilirik ki, onu necə cəzalandırmaq lazımdır. Daha sonra bizə bildirdilər ki, polisə müraciət edəcəyimiz təqdirdə, qardaşımın bədən hissələrini: qulaq, burun, barmaq... müntəzəm olaraq göndərəcəklər.

Buna görə də biz 10 000 dollar ödəməli olduq. Lakin kabus bununla bitmədi. Bu, yalnız başlanğıc idi.

Evimizə tez-tez zənglər və qəfil gəlmələrin ardı kəsilmədi. Onların həyəsızlığı sərhəd tanımırdı. Atama gənc, gözəl qızların var kimi sözlər söyləyirdilər....

Onların tələb etdikləri pul, maşın, əmlak... ödəyirdik. Ümid edirdik ki, Edqarın səsini eşidək. Lakin ondan bir xəbər yox idi. Son tələb 1 kiloqram qızıl oldu. Bizə yazığı gələn insanların sayəsində bunu toplayaraq onlara verdik ki, qardaşımın sağ olmasında bir xəbərimiz olsun.  

Üç ay ərzində biz tamamilə müflis olduq. O vəziyyət düşdük ki, qohumlarımız, qonşular, dostlar bizi ərzaqla təmin edirdi. Bizim sadəcə evimiz qaldı. Atamla anamı tanış notariusa apararaq silah gücünə evi Manvelin yaxınlarının adına keçirməyi tələb edirlər.

Edqara baş çəkmək istəyən qohumlarımız da oğurlanaraq girov saxlanılırdı. Bunlardan biri xalamın həyat yoldaşı olur. O, Arşaluysa gedərək qardaşımdan bir xəbər almağa çalışır. Və o girov götürülür. Bir ay müddətində qeyri-insani şəraitdə çalışırdırılaraq 8000 dollar qarşılığında azad edirlər.

Bütün hadisələri danışmaq mümkün deyil. Bütün qohumlarımız və yaxınlarımız bir sıra kabus dolu epizodları xatırlaya bilər. Qardaşım üç ay əlləri bağlı quyuda saxlanılıb. Ona yemək belə verilməyib. Edqar Manvelin villasında əsgərin hesabına sağ qalıb. O, arada quyuya sarımsaq tullayırdı. Qardaşım azad olunandan sonra uzun müddət əlləri arxasında çarpaz şəkildə yatırdı.

Edqar azad olunandan sonra Qriqoryan ailəmizdən tələb etdi ki, dərhal Ermənistanı tərk edək. Əvvəlcə Gürcüstana qaçdıq. Daha sonra isə birdəfəlik Amerikaya köçdük”.

Mnonyan Ermənistanın baş naziri Nikol Paşinyana, baş prokuror Artur Davtyana və baş polis Valeriy Osipyana yazılı müraciət etmək fikrindədir. İstintaq zamanı digər adamların adlarını sadlamaq da istəyir.

Bu günlərdə Qriqoryanın ifşası ilə bağlı çoxlu sayda məlumatlar ortaya çıxır. Bir neçə gün öncə Xüsusi Xidmət Orqanlarının Qriqoryanın villasında axtarış zamanı əsgərlər üçün ərzaqlar, çoxlu sayda silah-sursat, onlarla əmlakın şəhadətnaməsi, bahalı maşınlar olan avtopark, şəxsi zoopark aşkar ediblib.

Qriqoryanın həbsi: Bütün dünya “Qarabağ klanının” cinayətkarlığının şahidi oldu – FOTO – VİDEO

“Yeni Ermənistanın” üzü: Don Pipo kimdir və o, Paşinyanı necə qorxudub?

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1701

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər