AŞPA Gültəkin Hacıbəyliyə sanksiya tətbiq edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Gültəkin Hacıbəyliyə qarşı sanksiya tətbiq edib.
1news.az xəbər verir ki, sanksiyaya əsasən G.Hacıbəyliyə qurumun binasına daxil olmaq ömürlük yasaqlanıb. Bununla bağlı qərar AŞPA-nın Prosesual Qaydalar, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi tərəfindən verilib.
G.Hacıbəyli qurumun etik davranış qaydalarını pozub. Belə ki, müraciət edilsə də, o, reaksiya verməyib.
Qeyd edək ki, anoloji sanksiyalara Müslüm Məmmədov və Elxan Süleymanov da məruz qalıb.
1news.az
548