Mübariz Əhmədoğlu: Paşinyan Putini aldatdığını düşündüyündən hələlik ləzzət alır

Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşləri barədə açıqladığı məlumatlar rus prezidentini hərtərəfli xarakterizə edir.
V.Putin Nikolun atasının adının Vova olduğunu və Vovanın rus mənşəli Vladimir sözündən yarandığını bilir. Eləcə də görünür V.Putin ermənilərin tarixən özlərinə məxsus insan adlarının olmadığını da bilir. Ona görə ikinci görüşdə V.Putin N.Paşinyana Nikol Vovayeviç deyil, Nikol Vladimiroviç deyə müraciət etdi. Nikol Vovayeviç atasının adının dəyişdirilməsinə heç bir reaksiya vermədi. RF Ermənistana qarşı yeni sanksiya tətbiq etdi. Bu son sanksiyada iki nüans diqqəti çəkir. Sanksiyan N.Paşinyanın V.Putinlə görüşündən dərhal sonra tətbiq edildi:
Kənd təsərrüfatı məhsullarına dair sanksiyanın izahı daha diqqəti çəkir. Sən demə, sanksiya Ermənistandan primatların yəni, meymunların RF ərazisinə daxil olmasını qadağan edirmiş. Ermənistan Afrika ölkəsi deyil ki, oradan meymunlar ixrac olunsun. Ona görə RF-in bu sanksiyasının praktiki deyil, siyasi mesaj olması daha vacibdir:
Ermənistan hələ ki, RF-in sanksiyası altındadır. RF-in bu addımının məcazi mənası çox şey deyir: “-yan” və “obezyan”ların əmələ gəlmə ardıcıllığı ilə bağlı məşhur lətifə yada düşür.
RF-in bu addımının praktiki izahı da var. N.Paşinyan V.Putinlə görüşdən sonra az qala V.Putinin adından bəyanatlar verir. RF-də bunu görürlər. Eləcə də N.Paşinyanın Moskvadan qayıtdıqdan dərhal sonra yenidən Dağlıq Qarabağa getməsi Kreml üçün arzu olunan deyil; N.Paşinyan erməniləri aldatmaq istəyir ki, o Putinlə Qarabağ məsələsində vacib məsələləri razılaşdırıb, ona görə Qarabağa getdi.
Kreml isə göstərmək istəyir ki, N.Paşinyanla Putinin arasında heç bir razılaşma mümkün deyil, hətta qarşılıqlı anlaşma yoxdur.
“Bunun da səbəbi üzdədir; N.Paşinyan V.Putinlə ikinci görüşə hazırlaşarkən “Yüksək Gərginlikli Elektrik Xətləri” şirkətini “Taşir” qrupunun başçısı Samvel Karapetyandan aldı. “Ermənistanın Elektrik Şəbəkəsi” şirkətini də ondan almağa hazırlaşır. Qərblə RF-in Ermənistan üzərində çarpışmasında ilkin mübarizə meydanı Ermənistanın enerji sahəsidir. ABŞ Ermənistanın Rusiyadan enerji asılılığını minimallaşdırmaq üçün Ermənistanın energetika sahəsinə 8 milyard dollar investisiya qoymağa hazırdır. “Yüksək Gərginlikli Elektrik Xətləri” şirkəti isə Aİ-nin maliyyəsi ilə yenidən tikilən, Ermənistanı İran və Gürcüstanla birləşdirən strateji enerji koridorudur. Bu şirkətin bir neçə yüz milyon dollar borcu var. Məhz bu borcu aradan qaldırmaq üçün RF “Taşir” qrupuna həmin şirkəti almağı məsləhət bildi. “Yüksək Gərginlikli Elektrik Xətləri” şirkətinə və “Ermənistanın Elektrik Şəbəkəsinə” və onların borclarına sahib çıxmaq üçün Putin və Medvedev Samvel Karapetyanı Ermənistana göndərdilər.
Ermənistanın baş naziri N.Paşinyan guya bunları bilmir. Rusiyadakı Kremllə əlaqəli erməni oliqarxlarını inkar edən N.Paşinyan Kremllə daha az əlaqəli erməni oliqarxlarını Yerevana dəvət edir. N.Paşinyana görə bütün bunları guya Kreml bilmir. Beləliklə N.Paşinyan “kef içərisində üzür”. Elə başa düşür ki, V.Putin onun hərəkətlərinin mahiyyətindən xəbərsizdir.
Ermənistanın RF-in tərkibinə daxil olması barədə referendum qərarı veriləndə N.Paşinyan ayılacaq. Hər halda o zaman Ermənistanın baş naziri olub-olmayacağı sual işarəsi altındadır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq