Sarkisyanın qardaşı büdcəyə 1,6 milyon dollar qaytarıb | 1news.az | Xəbərlər
Dünya

Sarkisyanın qardaşı büdcəyə 1,6 milyon dollar qaytarıb

12:47 - 29 / 06 / 2018
Sarkisyanın qardaşı büdcəyə 1,6 milyon dollar qaytarıb

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşına məxsus " GLG Project Company” tərəfindən 800 milyon dram məbləğində (təxminən 1,6 milyon dollar) dövlətə dəymiş ziyan ödənib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, ilkin istintaq zamanı açılmış cinayət işi çərçivəsində göstərilən məbləğ büdcəyə qaytarılıb.

Cinayət işi Serj Sarkisyanın qardaşı Levon Sarkisyana məxsus şirkətin fiktiv şəkildə iflası ilə vergidən yayınmaqla bağlı açılmışdı.

P.Sultanova

Paylaş:
674

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39
Bütün xəbərlər