Mindən çox azərbaycanlı Askardiya dövlətinin vətəndaşı oldu – FOTO | 1news.az | Xəbərlər
Dünya

Mindən çox azərbaycanlı Askardiya dövlətinin vətəndaşı oldu – FOTO

16:44 - 02 / 07 / 2018
Mindən çox azərbaycanlı Askardiya dövlətinin vətəndaşı oldu – FOTO

Elm durmadan inkişaf edir və dünya “Askardiya” adlı birinci kosmik dövlətin yaradılmasının şahidi oldu. 

Qeyd etmək lazımdır ki, Askardiyanın rəhbəri elə onun yaradılmasının təşəbbüskarı olan Azərbaycan əsilli rusiyalı milyarder-alim İqor Aşurbəylidir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Vyanada Hofburq sarayında keçirilən rəsmi inauqurasiya zamanı məlum olub.

Tədbirdə BMT-nin nümayəndələri, diplomatlar, astronavtlar, alim və beynəlxalq hüquqşünaslar da daxil olmaqla dünyanın 40 ölkəsindən olan nümayəndələr iştirak edib.

“Biz millətin bütün qollarını yaratmışıq. Mən bəyan edə bilərəm ki, Askardiya artıq yaradılıb”, - Aşurbəyli deyib.

Askardiya 2016-cı ildə Yerdən kənarda cinsindən, milli mənsubiyyətindən, yaşından və yerləşdiyi yerdən asılı olmayaraq, məkana bərabər hüquqlu çıxış imkanı olan müstəqil millətin  yaradılması məqsədilə təsis edilib. Yeni dövlət öz adını Skandinaviya əsatirindəki allahlar şəhəri “Askard” şəhərinin adından alıb.

Arzu edən hər kəs yeni millətin sıralarına qoşula bilər. Bunun üçün Asqardiyanın saytında pulsuz qeydiyyatdan keçmək lazımdır. 

Məlumata görə, Asqardiyanın artıq dünyanın müxtəlif ölkələrindən olan 200 mindən çox vətəndaşı var. Bu ölkələr arasında Azərbaycan da istisna deyil. Belə ki, saytda 87%-i kişi, 13%-i qadınlardan ibarət olan 1201 azərbaycanlı da qeydiyyatdan keçib. Ümumiyyətlə qeydiyyatdan keçənlərin 1%-i heç bir cinsə aid olmadıqlarını qeyd ediblər. Yeni kosmik dövlətin üzvi olmaq istəyən azərbaycanlıların əksəriyyəti, daha dəqiq desək 838 nəfəri Bakıdandır. Hazırda Asqardiya əhali sayına görə, dünya ölkələri arasında 172-ci sıradadır. Amma İqor Aşurbəyli nəticədə dünya əhalisinin 2%-ni (150 milyon) birləşdirəcəyinə inanır.

Askardiya Yerdə heç bir əraziyə malik deyil, amma Yerəyaxın orbitdə və Ayda yaşayış ərazisinin yaradılmasına dair ambisiyaları mövcuddur.

Kosmik dövlətin 140 nəfərdən ibarət Parlamenti və hətta öz təqvim və bayramları da var. Askardiya saytında qeyd edilir ki, bu, təqvim 28 gündən ibarət 13 aya bölünüb. Hər il və ay bazar günündən başlayır. Asqardiya sakinlərinin bayramları İl günü (31 dekabr), Asqardiyanın ad günü (5-12 oktyabr), eləcə də Konstitusiya günündən (18 iyun) ibarətdir.

Dövlətin Konstitusiyası, bayrağı, himni mövcuddur, hazırda iqtisadiyyatın formalaşması üçün yeni SOLAR kriptovalyutasının yaradılması üzərində iş gedir.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
2641

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33
Bütün xəbərlər