11 yaşlı qızı özündən 30 yaş böyük kişiyə ərə veriblər – FOTO | 1news.az | Xəbərlər
Dünya

11 yaşlı qızı özündən 30 yaş böyük kişiyə ərə veriblər – FOTO

11:31 - 02 / 07 / 2018
11 yaşlı qızı özündən 30 yaş böyük kişiyə ərə veriblər – FOTO

11 yaşlı qız uşağı 41 yaşlı kişiyə ərə verilib.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, 11 yaşlı qızın özündən 30 yaş böyük kişiyə ərə verilməsi ölkədə qalmaqal yaradıb.

Adı məlum səbəblərə görə açıqlanmayan uşaq Əbdül Kərimlə ailə qurub.

Mərasim zamanı çəkilən foto sosial şəbəkədə yayılıb, bütün dünyada kəskin şəkildə qınanılıb.

The Borneo Post-a açıqlama verən Əbdül bildirib ki, haqqında yazılan rəylərə görə məyusdur. O, qızın 16 yaşınadək ailəsi ilə birgə yaşayacağını, 16-dan sonra onun evinə köçəcəyini söyləyib.

Qeyd edək ki, 41 yaşlı Əbdül Kərimin bundan başqa iki arvadı və onlardan 6 uşağı var.

S.Xankişiyeva

Paylaş:
1251

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər