Aleksandr Duqin Ermənistanın yeni rəhbərliyini Azərbaycanın 5 rayonunu qaytarmağa çağırdı | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Duqin Ermənistanın yeni rəhbərliyini Azərbaycanın 5 rayonunu qaytarmağa çağırdı

14:32 - 03 / 07 / 2018
Aleksandr Duqin Ermənistanın yeni rəhbərliyini Azərbaycanın 5 rayonunu qaytarmağa çağırdı

Avrasia ideyası türk və slavyanların birliyidir.

Bu barədə Cocuq Mərcanlı kəndində  keçirilən “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda çıxışı zamanı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib. Onun sözlərinə görə, türk və slavyanların qardaşlığı olmadan bu birliyi yaratmaq mümkün deyil:

“Bu tədbirin burada keçirilməsi rəmzi məna daşıyır. Rusiya rəsmi şəkildə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Bütün dünya ictimaiyyəti də bu fikirdədir”.

A.Duqin bəyan edib ki, Azərbaycan, Rusiya və Ermənistanın keçmiş rəhbərliyi Azərbaycanın işğal olunmuş 5 rayonunun qaytarılması barədə razılığa gəliblər:

“Onların Azərbaycana qaytarılmasının başqa alternativi yoxdur və Ermənistanın yeni rəhbərliyi buna riayət etməlidir”.

Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Rusiya Federasiyası, İzborsk Klubudur.

Qeyd edək ki, Moskvada 2017-ci ilin sentyabrında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfrans keçirilib.

1news.az

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər