Yaponiyada leysan qurbanlarının sayı 80 nəfərə çatıb
Yaponiyanın qərbində davam edən leysanlar və torpaq sürüşməsi azı 80 nəfərin ölümünə səbəb olub.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, ölkənin 19 regionunda baş verən təbii fəlakət nəticəsində 40-dan çox insan itkin düşüb.
Yaponiya hökumət sözçüsü Yoşihide Suga axtarış xilasetmə işlərinə 54 min nəfərlik mülki müdafiə, sahil təhlükəsizlik, polis və yanğınsöndürmə briqadalarının cəlb olunduğunu açıqlayıb.
Təxliyyə mərkəzlərində 30 mindən çox insanın olduğu bildirilir. Beş milyondan çox insana isə təxliyyə olunmaq tövsiyə edilib.
Çaylarda suyun səviyyəsinin böhran həddinə çatdığı Xirosima və Kioto prefekturalarında vəziyyət çox ağırdır. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırıb.
S.Xankişiyeva