Ərdoğan yeni hökumətin tərkibini təqdim edib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan yeni hökumətin tərkibini təqdim edib

09:35 - 10 / 07 / 2018
Ərdoğan yeni hökumətin tərkibini təqdim edib

Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 9-da Beştəpədəki Prezident Administrasiyasında Türkiyənin yeni hökumətinin tərkibini açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, dövlət başçısı nazirlər kabinetinin yeni üzvlərini keçirdiyi mətbuat konfransında təqdim edib.

Türkiyənin növbəti hökumətində Fuat Oktay prezidentin müavini, Abdulhamit Gül ədliyyə naziri, Zehra Zümrüt Selçuk əmək, sosial xidmətlər və ailə naziri, Murat Kurum ətraf mühit və şəhərsalma naziri, Mevlüt Çavuşoğlu xarici işlər naziri, Fatih Dönmez enerji və təbii sərvətlər naziri, Mehmet Kasapoğlu gənclər və idman naziri, Berat Albayrak xəzinə və maliyyə naziri, Süleyman Soylu daxili işlər naziri, Mehmet Ersoy mədəniyyət və turizm naziri, Ziya Selçuk milli təhsil naziri, Hulusi Akar milli müdafiə naziri, Fahrettin Koca səhiyyə naziri, Mustafa Varank sənaye və texnologiyalar naziri, Bekir Pakdemirli kənd təsərrüfatı və meşə naziri, Ruhsar Pekcan ticarət naziri, Cahit Turan isə nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunub.

Göründüyü kimi, Türkiyədə yeni idarəetmə sisteminə keçid əsasından formalaşan hökumət strukturunda ixtisar və birləşmələr mövcuddur. Bunun sayəsində nazirlərin sayı 16-ya endirilib. Bir prezident müavini ştatı yaradılıb. Bundan başqa, yeni kabinetdə təmsil olunanların əksəriyyəti yeni namizədlərdir. Hökumətin tərkibində iki qadın nazir təmsil olunur.

Qeyd edək ki, iyulun 9-dan etibarən Türkiyə Respublikası prezident üsul-idarəli hökumət sisteminə qədəm qoyub.

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Novruz Məmmədov Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Ankaraya gedib

S.Xankişiyeva

Paylaş:
537

Sizin üçün xəbərlər

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər