Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

12:22 - 10 / 07 / 2018
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədi ilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

S.Xankişiyeva

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər