“Kedicikdən” Adnan Oktarla bağlı şok sözlər: 7-10 yaşlı qızları zorlayırmışlar – VİDEO
Xəbər verildiyi kimi,”kedicikləri” ilə tez-tez gündəmə gələn Adnan Oktar və 235 müridi saxlanılıb.
1news.az-ın məlumatına görə, İstanbul Polis İdarəsindən edilən açıqlamada bu ifadələrə yer verilib:
“Adnan Oktarın dəstəsi cinayət törətmək məqsədi ilə təşkilatlanaraq uşaqların cinsi istismarı, zorakılıq, cinsi azlıqla intim əlaqə, uşaqların oğurlanması və cinsi təcavüzü, şantaj, şəxsi azadlığa müdaxilə, siyasi və hərbi casusluq, dini inanc və hisslərin istismar edilməsi yolu ilə fırıldaqçılıq, şəxsi həyatı ictimailəşdirmək, rəsmi sənədlərdə saxtakarlıq, terrorla mübarizəyə qarşı çıxmaq, təhdid, böhtan, gəncləri hərbi xidmətdən yayındırmaq, təhqir, yalan şahidlik, qaçaqmalçılığa qarşı mübarizəyə müdaxilə, vergidən yayınma, rüşvət, təhsilə mane olmaq, siyasi haqlardan istifadəyə mane olmaq, qadına qarşı şiddətin əngəllənməsi qanununa qarşı çıxmaq kimi əməllərdən 11.07 2018 tarixində 235 şübhəliyə qarşı cinayət işi açılıb”.
Həm də Harun Yəhya kimi tanınan A.Oktarın keçmiş “kedicikləri”indən olan və ondan qalmaqallı şəkildə ayrılan Ceylan Özgül isə mətbuata açıqlama verərək Adnan Oktar və onun cinayətkar şəbəkəsi ilə bağlı dəhşətli faktlar səsləndirib.
Məsələnin “kedicik” deyə hallandırılmasının, üzərindən bu şəkildə ötülüb keçilməsinin düzgün olmadığını deyən Özgül vitrində məsum görünən qadınların bir çoxunun qoşa silahlarla gəzdiyini, bir çoxlarının da ən ağır cinayətlərə bulaşdığının şahidi olduğunu söyləyib:
“Təşkilatda olan zaman çox dəhşətli hadisələrin şahidi olmuşam. Yaşları 7 ilə 17 arası olan qızlara təcavüz edirdilər. Hətta bunu qrup halında da həyata keçirirdilər. Bu məqsədlə xaricdən belə qızlar gətirirdilər. Müqavimət göstərənləri isə qorxudur, şantaj edirdilər. Polisə şikayət edəcəyimiz təqdirdə bizi ölümlə hədələyirdilər. Ümumiyyətlə, təşkilata üzv olan insanlar bir çox ağır cinayətlərə əl atırdılar. Hətta xaricdən dəstək aldıqları qurumların xeyrinə Türkiyəyə qarşı casusluq belə edirdilər.”
2013-cü ildə həkimə getmək adı ilə qaçmaq istəsə də yaxalandığını deyən Özgül yalnız dörd ildən sonra isəyini reallaşdıra bildiyini söyləyib:
“2013-cü ildə həkimə getmək adı ilə qaçmaq istəsəm də yaxalandım. Bundan sonra nəzarət altında saxlanıldım, təhdid və şantajlara məruz qaldım, qaçacağım təqdirdə ailəmin zərər görəcəyini söylədilər. Yalnız 2017-ci ildə qaça bildim. Bundan sonra mənə qarşı çirkin şər, böhtan kampaniyasına başladılar”.
1news.az