Ərdoğanı təhqir edən müğənni həbs olundu | 1news.az | Xəbərlər
Dünya

Ərdoğanı təhqir edən müğənni həbs olundu

09:33 - 13 / 07 / 2018
Ərdoğanı təhqir edən müğənni həbs olundu

Müğənni və aktrisa Zuhal Olcay həbs olunub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Zuhalın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təhqir etməsidir.

İfaçının əvvəlcə 4 il 8 aya qədər həbsi istənilsə də, İstanbul Ədliyyə Məhkəməsi müğənninin içkili olmasını nəzərə alaraq, ona 11 ay 20 gün həbs cəzası verib.

Qeyd edək ki, müğənni 2016-cı ildə İstanbulun Kadıköy ərazisində səhnədə çıxış edib və “Boş vermişim dünyayı” mahnısının sözlərini dəyişərək Ərdoğan haqqında nalayiq ifadələr işlədib. Olcayın məkandan çəkilən görüntüləri prokurorluğa təqdim olunub.

İfadəsində sənətçi içkili olduğunu və tamaşaçılardan birinin ona prezident haqda söz atdığı zaman həmin sözləri dediyini qeyd edib.

S.Xankişiyeva

 

Paylaş:
1809

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər