Polis ona və nişanlısına hücum edən quldurları güllələdi – VİDEO
Gecə saatlarında nişanlısını evinə yola salan braziliyalı polis zabiti hücuma məruz qalıb. İki gənc quldur polis zabitinə və onun nişanlısına hücum edib.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, quldurlar polis zabitinin "Kawasaki Ninja" modelli bahalı motosikletini əlindən almaq, qızın da çantasını götürüb aradan çıxmaq istəyirdilər.
Olay Braziliyanın Santa-Kasa-de-Miseriordiya şəhərində yaşanıb.
22 yaşlı Lukas Matos de Oliveyra əlindəki tapançanı polis zabitinə tuşlayaraq onu yerə uzanmağa vadar edib. Daha sonra o, 18 yaşlı Pablo Pereyra Qomesi çağırıb.
Qomes qızın çantasını əlindən alıb.
Quldurlar motosikletə minərək aradan çıxmaq istəyərkən polis zabiti ayağa duraraq onlara atəş açıb.
Qomes aldığı yaradan yerindəcə həlak olub. Oliveyra isə qarnından iki güllə yarası alıb.
1news.az