Maradona: Mən fələstinliyəm – FOTO | 1news.az | Xəbərlər
Dünya

Maradona: Mən fələstinliyəm – FOTO

09:22 - 17 / 07 / 2018
Maradona: Mən fələstinliyəm – FOTO

Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Rusiyada keçirilən dünya çempionatı zamanı Fələstin rəhbəri Mahmud Abbasla görüşüb.

1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Maradona Abbasla görüşündə “Mən fələstinliyəm” deyərək Fələstin xalqının haqlı mübarizəsinin yanında olduğunu bildirib.

O, Abbasla fotosunu sosial media hesabından paylaşaraq bunları qeyd edib:

“Bu adam Fələstin üçün sülh istəyir. Prezident Mahmud Abbasın haqqı var”.

S.Xankişiyeva

Paylaş:
864

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər