İrəvanın keçmiş meri dindiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

İrəvanın keçmiş meri dindiriləcək

16:05 - 19 / 07 / 2018
İrəvanın keçmiş meri dindiriləcək

İrəvanın sabiq meri  Taron Marqaryan Milli Təhlükəsizlik Xidmətində dindiriləcək.

1news.az  erməni mətbuatına istinadla xəbər verir ki,  bü barədə xidmətin rəhbəri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, meriyanın “İrəvan” fondundakı yoxlamalar başa çatıb və sabiq mer tezliklə dindirilməyə dəvət ediləcək.

Qeyd edək ki, Marqaryanın istefası tələbi ilə İrəvanda keçirilən aksiyalardan sonra  bu ayın əvvəlində 7 illik postundan istefa verib.

P.Sultanova

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər