Azərbaycandan kənarda da şortik müharibəsi davam edir – VİDEO
Xəbər verdiyimiz kimi, Bakı metrosunda şortikli qızla yaşlı qadının davasının yeni kadrları yayılıb.
1news.az-ın verdiyi xəbərə görə, dalaşma ilə bağlı kadrlar başqa rakursdan çəkilib.
Videodan görünür ki, yaşlı qadın ilk olaraq qızı davaya sövq edərək ona yumruq atır. Öz növbəsində də qız qadına borclu qalmayaraq ona “Kəs səsini, həyasız!” deyir.
Lakin bu cür hadisə təkcə Azərbaycanda baş vermir. Belə ki, “Times of Israel” nəşrinin yazdığı məlumata görə, İsrailin Beyt-Şemeş şəhərində ultra-pravoslav yəhudilər iki bacıya hücum edib. Yəhudilərin fikrincə, bacılar ləyaqətsiz geyimdə gəziblər.
Baş verən hadisə video-müşahidə kameralarına düşüb. Videodan görünür ki, bir dəstə kişi şortikdə olan qızların ardınca qaçır.
“Bizi görən kimi arxamızca qaçdılar. Bütün qüvvəmizi toplayaraq qaçdıq. Güclə özümüzü mənzilə saldıq. Evə çatada bacımın gözlərinin qızardığını gördüm. Sən demə onlar bacımın gözünə bibər speyi sıxıblar”, - deyə bacılardan biri yazıb.
İki həftə ərzində bacıların yaşadığı həmin ərazidə etiraz aksiyaları keçirilib.
Metroda “şortikli” qızla yaşlı qadının dalaşmasının yeni VİDEOSU
Şortikə görə tənqid edilən qız indi də “mini”də – FOTO
Bakı metrosunda qalmaqal: qısa şortikli qız davaya səbəb oldu – VİDEO
S.Xankişiyeva