Yerevanda Rusiya əleyhinə çağırışlar artır
Bir neçə gün əvvəl müdafiə naziri David Tonoyanın Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusuna yenidən baxmaqla əlaqədar verdiyi bəyanat uzun müddət gözlənilən olması ilə yanaşı, həm də sensasiya idi.
1news.az xəbər verir ki, bu barədə Armenianreport yazıb. Tonoyan bildirmişdir ki, bunlar daş üzərində oyulmuş sənədlər deyil və zamanla hüquqi-müqavilə dəyişiklikləri tələb edən problemlər yaradır: “Bu əlbəttə ki, həyata keçiriləcəkdir”.
Tonoyan əlavə edib ki, Panikdə baş verən son hadisələr bəzi dəyişikliklərin tətbiqini sürətləndirə bilər. Erməni mətbutına görə, müdafiə nazirinin bu açıqlaması ölkənin media və ekspert icması tərəfindən ən çox müzakirə olunan mövzulardan biri olmaqla yanaşı, partlayan bomba effekti yaratdı:
“Uzun illərdir biz səbrlə gözləyirik ki, Yerevanın yüksək səviyyəli şəxsləri nə vaxt nəhayət ki, bizim yalnız milli maraqlarımızı deyil, suverenliyimizi və təhlükəsizliyimizi təhdid edən Rusiyanın Ermənistandakı hərbi-siyasi və iqtisadi iştirakına son qoymağı qərara alacaq. 90-cı illərdə Rusiya Ermənistandkı çətin vəziyyətdən istifadə edərək özünün sərhəd qoşunlarını və hərbi bazasını yerləşdirdi. Koçaryandan sonra Ermənistanın artıq Rusiyanın hərbi iştirakçılığına ehtiyacı olmasa belə, ikinci və üçüncü prezidentlərin Moskvaya göstərdiyi “köməyə” görə təşəkkür edib, öz əsgərlərini ölkədən çıxarmasını tələb etməyə cəsarətləri çatmadı. Bunun üçün də öz səbəblər var idi - həm Koçaryan, həm də Sarkisyan Rusiyanın hərbi dəstəyinin hesabına hakimiyyətdə qalıb.
Bu gün Ermənistan Rusiyasız keçinə bilər. Biz sərhəd qoşunlarına sahibik, mütəxəssislərimiz var və sərhədlərimizin təhlükəsizliyini özümüz təmin edə bilərik. "Zvartnots" aeroportunda qonaqları milli kadrlar deyil, qırmızı sifətli spirti içki qəbul etmiş rus sərhədçiləri qarşılayır.
Tonoyan açıqlamasını dana bilər, amma fakt faktlığında qalır, İrəvan Moskvaya aydın şəkildə anlatdı ki, oyun qaydaları sürətlə dəyişir. Tonoyanın bəyanatı erməni cəmiyyətini ruhlandırdı, Moskvanı isə narahat edir. İndi biz hədəfimizə doğru irəliləyik, hətta yolumuz tikanlı olsa belə".
P.Sultanova